“Turan Tovuz” klubu cərimələnib İdman

“Turan Tovuz” klubu cərimələnib

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XVIII turunda “Neftçi” oyunda Tovuz təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat ziyana düşüb.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.