Mario Balotelli Meksika klubunda oynaya bilər İdman

Mario Balotelli Meksika klubunda oynaya bilər

Tanınmış italiyalı futbolçu Mario Balotelli qışda “Cenoa”nı tərk etmək istəyir.

AZƏRTAC “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ölkə xaricində oynamaq niyyətindədir. O, Meksika təmsilçisi “Kruz Azul”a keçməyə yaxındır. Tərəflər arasında ilkin danışıqlar olub. Lakin maaş məsələsində hələlik ortaq məxrəcə gəlinməyib.

Qeyd edək ki, Mario Balotelli oktyabrın sonunda azad agent kimi “Cenoa”ya keçib. Futbolçu bu müddət ərzində 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub.