Çempionlar Liqasının ikiqat qalibi olmuş komanda peşəkar statusunu itirib İdman

Çempionlar Liqasının ikiqat qalibi olmuş komanda peşəkar statusunu itirib

Çinin “Quançjou” futbol klubu peşəkar statusunu itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komanda maliyyə problemlərinə görə Çin Futbol Assosiasiyasından lisenziya ala bilməyib.

Qeyd edək ki, “Quançjou”, səkkizqat Çin çempionudur. Komanda iki dəfə isə Asiya Çempionlar Liqasının qalibi olub.