“Fənərbağça”nın sabiq futbolçusu karyerasını başa vurub İdman

“Fənərbağça”nın sabiq futbolçusu karyerasını başa vurub

Danimarka millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq müdafiəçisi Simon Kyaer peşəkar karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, keçmiş müdafiəçi 35 yaşında futbolla vidalaşıb. O, qərarını Danimarka mətbuatına müsahibəsində açıqlayıb.

Futbolçu Avro-2024-dən öncə Norveç yığması ilə keçirilmiş yoldaşlıq görüşündə karyerasına son qoymaq qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Simon Kyaer 2015-2017-ci illərdə "Fənərbağça"da çıxış edib. O, “sarı-lacivərdlilər”in heyətində 88 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi İtaliyanın “Milan”, İspaniyanın “Sevilya” komandalarının da formasını geyinib.