Juninyo "Flamenqo"ya keçib: Braziliyada olduğum üçün çox xoşbəxtəm İdman

Juninyo "Flamenqo"ya keçib: Braziliyada olduğum üçün çox xoşbəxtəm

Xəbər verdiyimiz kimi, "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyo Braziliyaya yollanıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı forvard Rio-de-Janeyrodakı hava limanında klub rəsmiləri və azarkeşlər tərəfindən qarşılanıb.

Juninyo burada vətəninə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: "Burada olduğum üçün çox xoşbəxtəm".

28 yaşlı hücumçu bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik müqaviləyə imza atacaq.

"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.