“Şuşa” futzal komandası dörd oyunçu ilə güclənib İdman

“Şuşa” futzal komandası dörd oyunçu ilə güclənib

Futzal üzrə Yüksək Liqanın debütantı “Şuşa” dörd oyunçu transfer edib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, “Neftçi”dən ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək. Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi.

Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev kollektivi tərk ediblər.

Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.