Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək İdman

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydanda “Murov Az Terminal” və “Azərreyl” komandaları çıxacaq. Görüş saat 16:00-da başlayacaq. “Milli Aviasiya Akademiyası” isə saat 18:00-da “Gəncə” ilə üz-üzə gələcək.

Qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.

Son matçda isə turnir cədvəlinin lideri “Abşeron” UNEC-in qonağı olacaq. Oyun saat 17:00-da UNEC idman zalında təşkil olunacaq.