"Çelsi" Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusunu transfer edəcək İdman

"Çelsi" Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusunu transfer edəcək

İngiltərə təmsilçisi "Çelsi" “Kayrat”ın və Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusu Dastan Satpaevi transfer edəcək.

Xalqcebhesi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid "zadəganlar"a 4,3 milyon avroya başa gələcək.

Hazırda 16 yaşı olan oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Satpaevlə sözləşmə 2026-cı ilin avqustunda, onun 18 yaşı tamam olanda qüvvəyə minəcək.