İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı
23 Yanvar 19:31
23 Yanvar 19:31
23 Yanvar 17:29
23 Yanvar 11:57
23 Yanvar 09:43
20:45
UEFA Avropa Liqasının əsas mərhələsinin yeddinci turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - FKSB (Rumıniya) matçı üçün start heyətləri bəlli olub.
Xalqcebhesi.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: Fabiyan Buntiç, Marko Yankoviç, Mateus Silva, Kevin Medina, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Julio Romao, Aleksey Kaşuk, Leandro Andrade, Abdullah Zubir, Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
FKSB: Stefan Tarnovanu, Coyskim Dava, Florin Tanase, Daniel Birlicea Risto Radunoviç, Setefanesku, Valentin Kretu, Nqezana, Adrian Sut, David Mikulesku, Alhassan
Baş məşqçi: Elias Haralambus
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.
***
Bakı vaxtı ilə saat 21:45-də "Qarabağ" - FKSB matçı start götürüb.
***
2-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Andrade hesabı açdı: 1-0
***
7-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirdi: 1-1
***
40-cı dəqiqədə "Qarabağ" avtoqol sayəsində önə keçdi: 2-1
***
Rəqib komanda hesabı bərabərləşdirdi: 2-2
***
Sut görüşün 73-cü dəqiqəsində rəqibi hesabda irəli çxardı: 2-3.
***
"Qarabağ" FKSB komandasına da məğlub olaraq, Avropa Liqasında pley-offa yüksəlmək şansını itirdi.