“Bayer”in 8 oyunluq qələbə seriyasına son qoyuldu İdman

“Bayer”in 8 oyunluq qələbə seriyasına son qoyuldu

“Bayer Leverkuzen”in Almaniya çempionatında səkkiz oyunluq məğlubiyyətsizlik seriyasına 19-cu turda son qoyulub.

Xalqcebhesi.az xəbər verir ki, komanda bu turda səfərdə “Leyptsiq” ilə görüşdə xal itirib - 2:2. Çempionatın lideri “Bavariya” bu turda “Frayburq”un qonağı olub. Görüşdə 2:1 hesabı ilə qalib gələn Münxen təmsilçisi liderliyini daha da möhkəmləndirib.

Bu mövsüm uğursuz çıxışa görə baş məşqçi Nuri Şahinlə yolları ayıran “Borussiya Dortmund” doğma meydanda “Verder Bremen” ilə heç-heçə edib - 2:2. “Auqsburq” öz meydanında “Heidenhaym”ı (2:0), “Maynts 05” isə “Ştutqart”ı (2:0) məğlub edib.

Günə “Borussiya Münxenqladbax” - “Boxum 1848” oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, Bundesliqanın 19-cu turunun açılış matçında “Volfsburq” doğma divarlar arasında “Holştayn Kiel”in müqavimətini qıra bilməyib - 2:2.

Tura bazar günü keçiriləcək iki görüşlə yekun vurulacaq. “Hoffenheim” öz meydanında “Ayntraxt Frankfurt”u, “St Pauli” isə “Union Berlin”i qəbul edəcək.

Bundesliqaya 19 turdan sonra 48 xalla “Bavariya” liderlik edir. “Bayer Leverkuzen”in liderlə xal fərqi bu turda heç-heç nəticəsində 6-ya çatıb.