Qazaxıstan millisi tanınmış baş məşqçi ilə yollarını ayırıb İdman

Qazaxıstan millisi tanınmış baş məşqçi ilə yollarını ayırıb

Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesov postunu tərk edib.

AZƏRTAC Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

S.Çerçesov 2024-cü ilin iyunundan Qazaxıstan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında UEFA Millətlər Liqasında 6 oyun keçirib və Norveç seçməsi ilə heç-heçə edərək 1 xal qazanıb.