Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək
30 Yanvar 22:53
30 Yanvar 22:53
30 Yanvar 20:17
30 Yanvar 20:16
30 Yanvar 20:15
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması fevralın 1-4-də Milli Komandaların Təlim-Məşq Mərkəzində toplanış keçəcək.
Xalqcebhesi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.
Milli fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Yığmanın heyəti: Firuzə Bayramova (“Dinamo Balakən”), Nərgiz Ağaliyeva, Arzu Cəfərova, Bədriyyə Mövludova, Ayan Abdiyeva (hamısı “Şəfa”), Aydan Abdullayeva, Xədicə Rəhimova (hər ikisi “Təhsil 8 İOEUGİM”), Məryəm Səmədli (“Səbail”), Səma Əsədova, Xanım Əsədova, Ayşən Salamzadə, Aylin Kərimova (hamısı “Neftçi”), Aysu Əsədova, Məhsumə Vahabzadə (hər ikisi “Sabah”), Şəhanə Mirzəliyeva, Könül Hüseynova (hər ikisi “Mingəçevir”), Suel Polikarpova, Elmira Hüseynova (hər ikisi “Ulduz”), Sara Səlimova (“Gömrükçü”), Naidə Məmmədova (“Zaqatala City”).