Ukraynanın tanınmış klubu “Zirə”nin futbolçusu ilə maraqlanır - RƏSMİ İdman

Ukraynanın tanınmış klubu “Zirə”nin futbolçusu ilə maraqlanır - RƏSMİ

“Zirə”nin futbolçusu Salifu Suma karyerasını Ukraynada davam etdirə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.

Klub qvineyalı futbolçunun transferi üçün Bakı təmsilçisinə 1 milyon avroya yaxın təzminat təklif edəcək.

İddiaya görə, adı açıqlanmayan başqa bir Ukrayna klubu futbolçunun xidmətlərində maraqlıdır.

“Zirə” klubundan isə AZƏRTAC-a bildiriblər ki, Suma ilə maraqlanan komandalar olsa da, “Dinamo”dan hər hansı rəsmi təklif gəlməyib.

Qeyd edək ki, Salifu Suma bu mövsüm “Zirə”nin heyətində 23 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun “qartallar”la 2027-ci ilin yayına qədər müqaviləsi var.