Azərbaycan futbolu ilə bağlı mühüm qərar verildi İdman

Azərbaycan futbolu ilə bağlı mühüm qərar verildi

Misli Premyer Liqasında komanda sayı artırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.