Ölkə futbolunda legioner limiti ləğv edildi İdman

Ölkə futbolunda legioner limiti ləğv edildi

Misli Premyer Liqasında legioner limitinin ləğvi qərara alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.

İclasda Misli Premyer Liqasında legioner limitinin ləğvi məsələsi müzakirə olunub. Nəticədə 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi oyunçu ola bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN