“Real Madrid”in futbolçusu yenidən sıradan çıxıb İdman

“Real Madrid”in futbolçusu yenidən sıradan çıxıb

İspaniyanın “Real Madrid” komandasının futbolçusu David Alaba sıradan çıxıb.

Klubun rəsmi saytı xəbər verir ki, avstriyalı müdafiəçinin tibbi müayinə zamanı sol bud əzələsində zədə aşkarlanıb.

32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib.