Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başlayır İdman

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başlayır

Bu gün kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Şahmat Federasiyasından verilən məlumata görə, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa 1/8 finaldan qoşulacaqlar. Onların arasında Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi qrossmeysterlər var.

1/8 final

İlk oyunlar

Kişilərin yarışı

Fərid Abbasov – Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov – Namiq Quliyev

Məhəmməd Muradlı – Nicat Məmmədov

Vüqar Rəsulov – Rauf Məmmədov

Vasif Durarbəyli – Əhməd Əhmədzadə

Vüqar Əsədli – Eltac Səfərli

Misrətdin İsgəndərov – Nicat Abasov

Aydın Süleymanlı – Riad Səmədov

Qadınların yarışı

Lalə Hüseynova – Günay Məmmədzadə

Gövhər Beydullayeva – Səbinə Rzalı

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva

Xanım Balacayeva – Ləman Hacıyeva

Mələk İsmayıl – Gülnar Məmmədova

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova

Nərmin Kazımova – Türkan Məmmədyarova

Nərmin Abdinova – Səbinə İbrahimova

Qeyd edək ki, ölkə şahmatında ilk dəfə çempionatda bütün aktiv şahmatçılar iştirak edirlər. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır.

Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.