Renat Dadaşov əsas heyətdən çıxarıldı İdman

Renat Dadaşov əsas heyətdən çıxarıldı

Türkiyənin "Ankaragücü" futbol klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov komandanın əsas heyətindən çıxarılıb.

Xalqcebhesi.az xəbər verir ki, bunun səbəbi açıqlanmayıb.

Məlumata görə, millimizin hücumçusu Ankaradakı "Tandoğan" bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandadan ayrı məşq edir.

Xatırladaq ki, Dadaşovun "Ankaragücü" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.