Aydın Ağabəyov “İlin idman hakimi” seçilib İdman

Aydın Ağabəyov “İlin idman hakimi” seçilib

Sportsman jurnalının keçirdiyi ilin ən yaxşı idman mütəxəssi tədbirində "Zəfər" beynəlxalq idman mükafatı 2024 gecəsində Kikboksinq üzrə beynəlxalq dərəcəli hakim Aydın Ağabəyov “İlin idman hakimi” seçilib.

Bildirək ki, A.Ağabəyov 1-11 noyabr 2024-cü tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində böyüklər arasında keçirilən Kikboksinq üzrə Avropa çempionatında "Ən yaxşı ring hakimi" (“Best referee ring”) seçilib.

O həmçinin 19-25 noyabrda Türkiyənin Antalya şəhərində keçirilən Hərbi Kikboksinq üzrə 1-ci "CISM" Açıq Çempionatında "Ən yaxşı ring hakimi" (“Best referee ring”) seçilib.