![Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/kremll.jpg)
![Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/kremll.jpg)
6 Fevral 17:09
6 Fevral 16:02
"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib.
Xalqcebhesi.az xəbər verir ki, “ASCO Arena”da baş tutan matçda Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia meydan sahiblərinin qapısından keçirib.
Tərəflər arasında cavab qarşılaşması fevralın 27-də reallaşacaq.
Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Neftçi" səfərdə "Kəpəz"i 2:0, "Araz-Naxçıvan" isə "Zirə"ni doğma meydanda 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.