Dünyanın ən bahalı oyunçusu Səudiyyə klubuna keçə bilər İdman

Dünyanın ən bahalı oyunçusu Səudiyyə klubuna keçə bilər

"Real Madrid"in futbolçusu Vinisius Səudiyyə Ərəbistanı klublarından birinin təklifini nəzərdən keçirir.

Xalqcebhesi.az Qaynarinfo-ya istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə klubu braziliyalıya bütün dövr üçün 1 milyard avro maaşla 5 illik müqavilə təklif edib.

Bu mövsüm Vinisius bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Vinisius hazırda "Mançester Siti"dən Erlinq Halandla birlikdə dünyanın ən bahalı futbolçusudur - 200 milyon avro.