!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
7 Fevral 22:47
7 Fevral 22:40
7 Fevral 22:34
"Neftçi” növbəti transferini həyata keçirib.
Klubdan Xalqcebhesi.az-a verilən məlumata görə, "ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambunu heyətinə qatıb.
Yeni komandasında 9 nömrəli formanı geyinəcək 27 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.