!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
"Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert
8 Fevral 14:03
8 Fevral 14:03
7 Fevral 22:47
7 Fevral 22:40
7 Fevral 22:34
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, günün ilk matçında "Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü dəqiqədə penaltidən Joau Mario fərqlənib.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Samsunspor" doğma meydanda "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Turun digər matçları fevralın 9-10-da keçiriləcək.