“Şamaxı” evdə “Sumqayıt”ı da məğlub etdi İdman

“Şamaxı” evdə “Sumqayıt”ı da məğlub etdi

Misli Premyer Liqasının XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib.

Xalqcebhesi.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.