![Azərbaycan klubu amerikalı basketbolçu ilə vidalaşıb](https://xalqcebhesi.az/media/2025/02/14/17395281104184737360_1200x630.jpg)
Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron" oyunçusu Jaja Devislə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ABŞ-dan olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, J.Devis “Abşeron”da cari mövsümün əvvəlindən çıxış edirdi.