![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova, 66 kiloqramda mübarizə aparan Elşad Əsədov isə özbəkistanlı Azizbek Ortikova qalib gələrək fəxri kürsüyə qalxıblar.
60 kiloqramda yer alan digər Azərbaycan cüdoçusu Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Yorre Verstratenə uduzub.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.