
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
18:20
Misli Premyer Liqasının XXIII turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb.
Xalqcebhesi.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 19:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Neftçi”: 93. Rza Cəfərov (K), 19. Azər Salahlı, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 13. Emin Səfərov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 91. Ağadadaş Salyanski.
Ehtiyat oyunçular: Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 23. Robert Bauer, 90. Ramil Şeydayev, 20. Alfa Konte, 47. Murad Məmmədov, 18. Ryonosuke Ohori, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ”: 99. Mateuş Koxalski, 15. Leandro Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (K), 2. Mateus Silva, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 66. Patrik Andrade, 11. Emanuel Addai, 22. Musa Qurbanlı, 9. Kadi Borqes.
Baş məşqçi: Qurban Qurbanov.
***
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
"Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.
Görüşün baş hakimi Rəvan Həmzəzadədir.
***
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.
Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
***
"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.