Azlıqda qalanda komandanın xarakteri üzə çıxır - Qurbanov İdman

Azlıqda qalanda komandanın xarakteri üzə çıxır - Qurbanov

Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır.

Xalqcebhesi.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularını təbrik edib:

“Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alınıb. “Neftçi”yə uğurlar arzulayıram”.

O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb:

“Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.