![Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?](https://xalqcebhesi.az/media/2025/02/19/225x136/cdb85903e7fe62b2005a75b861f60fdf.jpg)
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlanmışdı. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı.
Xalqcebhesi.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis dəyişikliklərin həmişə uğurlu olmadığını bildirib: “Hücumu gücləndirmək istəyimiz bu dəfə alınmadı, bacarmadıq. Realist olmalıyıq. Rəhman Hacıyev və digərləri də fikirləşməlidirlər ki, belə meydana çıxmaq olmaz. Rəqib 10 nəfərlə qalanda sanki rahatlaşmışdıq. Etdiyimiz səhvdən sonra qol buraxdıq. Üzülürük. Amma qarşıdakı oyunlara köklənəcəyik”.
Abasov “Zirə” ilə ötən turun qarşılaşmasında əvəzetmələrin özünü doğrultduğunu söyləyib: “Medinanın qırmızı vərəqə alması ilə meydanda çox şey dəyişdi. Bu gün yarımmüdafiədə kreativ oyunçumuz yoxdur. Onun meydandan qovulması planlarımızı pozdu. Komandam son matçlarda pis oynamır. Oyunçular istəklidirlər. Bir az psixoloji baxımdan təzyiq var idi. Son oyunlar göstərir ki, düzgün yoldayıq”.