Abdullah Zubir “Qarabağ”ın tarixinə düşüb İdman

Abdullah Zubir “Qarabağ”ın tarixinə düşüb

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 60-cı qolunu vurub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda buna XXIV turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004-cü, 2021/2022-ci və 2023/2024-cü illər mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/1996-cı il mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.