Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşa klubuna keçib İdman

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşa klubuna keçib

Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.

25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.