"Zirə"-"Kəpəz" matçı niyə yubanır? İdman

"Zirə"-"Kəpəz" matçı niyə yubanır?

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının startı yubanır.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.

Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu.