

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz məhsuldarlıq rekordunu təkrarlayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bunu ölkə çempionatının XXVII turunda "Nyukasl”la oyunda (2:0) assist etməklə bacarıb.
Misirli oyunçu Mersisayd təmsilçisinin heyətində bu mövsüm 28 oyunda 25 qol vurub və 17 məhsuldar ötürmə edib. O, bundan əvvəl Premyer Liqada ən yaxşı nəticəsinə 2017/2018-ci illər mövsümündə imza atıb - 32 qol, 10 məhsuldar ötürmə.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 39 matçda 30 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.