

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.
Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0.
"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün saat 19:30-da "Sumqayıt" - "Sabah" qarşılaşması start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.