

Sabiq futbolçusu Niko İdalqo vəfat edib.
Xalqcebhesi.az xəbər verir ki, İdalqo 32 yaşında dünyasını dəyişib.
Keçmiş yarımmüdafiəçi 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı. O, futbolçu karyerasını 2021/2022 mövsümündə İspaniya "Estremadura"sında başa vurub.
Qeyd edək ki, Niko İdalqo 2014 - 2017-ci illərdə "Yuventus"un oyunçusu kimi qeydiyyata alınsa da, "Kadis" və "Qranada"nın B komandasında icarə əsasında çıxış edib. O, peşəkar karyerası ərzində 234 oyunda 15 qol və 12 məhsuldar ötürmə müəllifi olub.