FHN-in əməkdaşı turnirin qalibi olub İdman

FHN-in əməkdaşı turnirin qalibi olub

Sərhədçi İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan MMA və Qrapplinq Federasiyasının təşkilatçılığı ilə ASED15 turniri keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, turnirdə respublikanın müxtəlif klublarından 40-a yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı kiçik çavuş Hüseyn Əhmədov 64 kq çəki dərəcəsində rəqibinə texniki nokautla qalib gələrək turnirin qalibi olub.

Qalibə Azərbaycan MMA və Qrapplinq Federasiyasının təsis etdiyi kubok və medal təqdim olunub.