NBA: 7 oyunun 5-də qonaqlar qələbə qazanıb, lider mövqeyini möhkəmlədib İdman

NBA: 7 oyunun 5-də qonaqlar qələbə qazanıb, lider mövqeyini möhkəmlədib

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə daha yeddi qarşılaşma keçirilib.

Günün mərkəzi qarşılaşmasında “Oklahoma-Siti Tander” doğma meydanda “Hyuston Rokets”i 137:128 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl dördüncü qələbəsini qazanıb. Qalib komandanın ən məhsuldar oyunçusu 51 xalla kanadalı müdafiəçi Şey Qilces-Aleksander olub. Ceylen Uilyams 24, Keyson Uolles 14 xal toplayıb. Qonaqlarda isə 27 xalla Kem Uitmor fərqlənib. Rid Şepard 25, Ceylen Qrin 18 xalla yadda qalıb. Bu nəticədən sonra “Oklahoma-Siti Tander” Qərb Konfransında liderliyini möhkəmlədib, “Hyuston Rokets” isə beşinci sırada qərarlaşıb.

Matçların nəticələri

“Filadelfiya” - “Portland Treyl Bleyzers” – 102:119

"Mayami Hit" - "Vaşinqton Vizards" – 106:90

“Oklahoma-Siti Tander” - “Hyuston Rokets” – 137:128

"Yuta Cazz" - "Detroit Pistons" – 106:134

"Şarlot Hornets" - "Qolden Steyt Uorriors" – 101:119

“Memfis Qrizzlis” - “Atlanta Huks” – 130:132

“Dallas Maveriks” - "Sakramento" – 98:122.