Gəncəli məşqçi təltif olunub İdman

Gəncəli məşqçi təltif olunub

Gəncə Olimpiya İdman Kompleksində 5 Mart – Bədən Tərbiyasi və İdman Gününə həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhəri üzrə sədri Bayram Aslanov və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev çıxış edərək idmançıları, eləcə də onların məşqçi müəllimlərini təbrik edib.
Tədbirdə təltif olunanlar arasında Azərbaycan Uşu Federasiyasının qərb bölgəsi üzrə sədr müavini, Beynəlxalq dərəcəli hakim Fəxri Namazlı da 2024-cü ilin yekunlarına əsasən beynəlxalq yarışlarda yetirmələrinin uğurlu çıxışı və beynəlxalq yarışlarda hakim kimi iştirakı üçün Fəxri Fərmanla təltif olunub.