

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz yarışda 16 çəki dərəcəsində 53 (25 oğlan və 28 qız) idmançı ilə təmsil olunacaq.
Oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlar yığmasına isə baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Kuboku martın 8-9-da təşkil olunacaq.