Azərbaycanın futbol hakimi Avropa çempionatına təyinat alıb İdman

Azərbaycanın futbol hakimi Avropa çempionatına təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə keçiriləcək.