
KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək
9 Mart 17:41
9 Mart 17:41
Ukraynalı sabiq futbolçu Aleksey Şubin döyüş bölgəsində həlak olub.
Xalqcebhesi.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Dmitri Moskalenko məlumat yayıb.
Məlumata görə, 49 yaşlı keçmiş futbolçu Xarkov vilayətinin Liptsi kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən dronun zərbə endirməsi nəticəsində ölüb.
Aleksey Şubin Ukrayna Silahlı Qüvvələrində xidmətinə görə Şubin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski tərəfindən "Qızıl xaç" ilə təltif edilib. Həmçinin Xarkov vilayətinin müdafiəsinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, Şubin “Çerniqov Desna”, “Neftyanik Axtyrka”, “Torpedo Zaporojye”, “Elektrometallurq Nikopol”, “Avanqard Pokrov” və “Kolos” klublarında çıxış edib.