
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
“Çox çətin oyun keçdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının finalında “Zirə”yə 2:0 hesabı ilə qalib gələrək ölkə çempionu olan "Birbaşa Bakı" komandasının baş məşqçisi Marius Mitu deyib.
Rumıniyalı mütəxəssis “Zirə”nin yaxşı kollektiv olduğunu bildirib: “Qazaxıstandan üç oyunçu gətirmişdilər. İstəkli mübarizə apardılar. Düşünürəm ki, daha çox qol vura bilərdik. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Sonda layiq olduğumuz qələbəni qazandıq”.
O, Bakı Tennis Akademiyasında azarkeşlərin yaratdığı atmosferə heyran qaldığını söyləyib: “Fanatlar bizim qələbəmiz üçün əllərindən gələni etdilər. Tribunalarda çox insan görəndə xoşbəxt oluram. Hətta VİP sektorda rəsmi şəxslərin final matçını izlədiyini görəndə sevindim”.
M. Mitu komandasının gələcək hədəflərindən də söz açıb: “Azərbaycanda keçiriləcək dünya çempionatından sonra toplanacağıq. Qarşıda bizi Çempionlar Liqası gözləyir. Həmin turnirdə yenidən uğur qazanmaq istəyirik”.
Qeyd edək ki, “Birbaşa Bakı” komandası ötən mövsüm də Azərbaycan çempionu olub.