Azərbaycan Basketbol Liqası: “Şəki” pley-offa qrup lideri kimi yüksəlib İdman

Azərbaycan Basketbol Liqası: “Şəki” pley-offa qrup lideri kimi yüksəlib

Basketbol üzrə Azərbaycan çempionatında müntəzəm mövsümün sonuncu turuna start verilib.

Xalqcebhesi.az xəbər verir ki, XX turun açılış oyunu B qrupunda keçirilib. Lider “Şəki” səfərdə “Lənkəran”la qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində reallaşan matç qonaqların üstünlüyü ilə başa çatıb - 107:78.

Bununla da müntəzəm mövsümdə 36 xal toplayan “Şəki” pley-offa qrup lideri kimi vəsiqə qazanıb. Meydan sahibləri isə 23 xalla sonuncu – altıncı pillədə qalıb.