

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçusu Erlinq Haalandın durumu ilə bağlı danışıb.
Xalqcebhesi.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Həkimlər mənə dedilər ki, Haaland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Buna görə də, ümid edirəm ki, mövsümün sonuna və klublararası dünya çempionatına qədər hazır olacaq" - deyə Qvardiola bildirib.
Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.