Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək? İdman

Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?

Bundesliqaya vəsiqə qazanacağımız təqdirdə sözləşmənin müddəti uzadılacaq. Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Report-a Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli deyib.

M.Emreli "Nürnberq"dən ayrılacağı təqdirdə karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verib:

"Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik".