Azərbaycan amputant futbolçular arasında Millətlər Liqasına ev sahibliyi edə bilər İdman

Azərbaycan amputant futbolçular arasında Millətlər Liqasına ev sahibliyi edə bilər

Amputant futbolçular arasında Millətlər Liqasının bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, turnirin təşkili oktyabrın 16-20-nə planlaşdırılır.

Azərbaycan yığması C Liqasında mübarizə aparacaq. Milli komandamız İsrail, Ukrayna, Niderland və Belçika seçmələri ilə qarşılaşacaq.