Çempionlar Liqası: "Real Madrid" "Arsenal"a, "Bavariya" "İnter"ə qarşı İdman

Çempionlar Liqası: "Real Madrid" "Arsenal"a, "Bavariya" "İnter"ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turnirin son qalibi olan İspaniya "Real Madrid"i İngiltərədə "Arsenal"la üz-üzə gələcək. Almaniyanın "Bavariya" klubu isə öz meydanında İtaliya "İnter"ini sınağa çəkəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu aprelin 9-da keçiriləcək.