“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
8 Aprel 12:10
5 362
Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, turnirə 1/4 finaldan start verəcək Nurəddin Novruzov (61 kiloqram) və Georgi Meşvildeşvilinin (125 kiloqram) rəqibləri hələlik bəlli deyil.
Ağanəzər Novruzov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, Yahor Akuliç (UWW və Artur Naifonovla (UWW) qarşılaşacaqlar. Osman Nurmaqomedov (92 kiloqram) isə 1/8 finalda Denis Saxalyuku (Ukrayna) sınağa çəkəcək.
Bu gün, həmçinin Orxan Abasov (79 kiloqram) təsəlliverici, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
12 Dekabr 18:05
2 086
12 Dekabr 18:04
1 904
12 Dekabr 17:04
1 960