Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib İdman

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıran Jorje Jezus gətiriləcək.

Portuqaliyalı mütəxəssis hazırda yığmanın sükanı arxasına ən real namizəd hesab olunur.

70 yaşlı baş məşqçinin təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var.

Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, J.Jezusun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər.

Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, "Flamenqo" komandasına rəhbərlik edib.