
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
“Yarış çox gözəl keçdi. Elə hiss etdim ki, sanki öz ölkəmdəyəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələ-Xankəndi ultramarafonunun ilk mərhələsinin qalibi türkiyəli atlet Üzeyir Söyləməz jurnalistlərə açıqlamasında deyib.
O, marafon barədə təəssüratlarını bölüşüb: “Hər yerdə şəhid şəkillərini görmək məni çox kövrəltdi. Bu torpaqlar mənim üçün müqəddəsdir. Çünki hər qarışı üçün neçə-neçə insanlar canlarından keçiblər. Ümid edirik ki, artıq can itkisi olmayacaq. Bu gözəl yerlərin işğaldan azad edilməsi məni ayrıca xoşbəxt etdi. Bakıdakı turnirlərdə iştirak etsəm də, bu torpaqlarda ilk dəfədir qaçırdım. Belə bir yarışda yenidən iştirak etmək istəyərəm”.
Atlet qaçış zamanı heç bir çətinliklə üzləşmədiyini bildirib: “Hər şey qaydasında idi. Nəticəyə görə də çox xoşbəxtəm. Çox yorulduğumu deyə bilmərəm. Çünki peşəkar idmançılarıq. Bizim üçün normal məsafədir. Bu gün finiş xəttinə erkən gəldim. Lakin sabah daha uzun yol bizi gözləyir.
Qeyd edək ki, ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.